Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.
Tezadlar.az xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 3 qayda əks olunub.
Bunlar aşağıdakılardır:
– Piyada keçidlərinə yaxınlaşdıqda keçidlərin olduğu nişanlara diqqət yetirilməlidir;
– Sürət həddi azaldılmalı, sərt əyləcdən istifadə edilməməlidir;
– Təhlükəsiz ara məsafəsi saxlanılmalıdır.
“Bu qaydalara əməl etmədikdə yol-nəqliyyat hadisəsi baş verəcək. Qəzaların baş verməməsi həm də sizdən asılıdır”, – deyə müraciətdə vurğulanıb.






