Əsas məzmuna keç

Bərdə həkimləri Xocalı Həkim Məntəqəsində səyyar tibbi xidmət göstəriblər

Qarabağın bərpası və yenidən qurulması çərçivəsində Xocalı rayonuna köç edən sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə keçirilən müayinələr zamanı terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, nevropatoloq və endokrinoloq tərəfindən, həmçinin USM və laborator müayinələr üzrə 70 sakinə tibbi xidmət göstərilib.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…