Əsas məzmuna keç

İran İnqilab Keşikçiləri Korpusu: Yeni hücum olacağı təqdirdə müharibənin coğrafiyasını dəyişdirəcəyik

İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mohibbi ABŞ-nin İrana qarşı mümkün yeni hücumu ilə bağlı deyib: “Yeni bir hücum olarsa, müdafiəmiz və hücumlarımız əhəmiyyətli dərəcədə dəyişəcək. Yeni bir hücum olarsa, müharibənin silahlarını və coğrafiyasını dəyişdirəcəyik”.

Tezadlar.az xəbər verir ki, Mohibbi televiziya proqramında cari hadisələrlə bağlı açıqlamalar verib.

ABŞ və İsrailin İrana qarşı yeni bir hücum ehtimalını qiymətləndirən Mohibbi deyib: “Yeni bir hücum olarsa, müdafiəmiz və hücumlarımız əhəmiyyətli dərəcədə dəyişəcək. Yeni bir hücum olarsa, müharibənin silahlarını və coğrafiyasını dəyişdirəcəyik. Yeni imkanlarla təchiz olunmuş yeni silahlar yerləşdirəcəyik və dünya heyrətlənəcək. Hədəfimiz köhnə hədəflərimiz deyil. Hələ hücuma məruz qalmamış yeni hədəflər müəyyən etmişik”.

İranın uzunmüddətli müharibəyə hazır olduğunu bildirən Mohibbi “Bizim fikrimizcə, müharibənin müxtəlif mərhələləri var. Müharibə bitmir və davam edir. İnqilab Keşikçiləri artıq müharibəyə hazır idi, indi isə daha da hazırlıqlıdır” deyib.

Mohibbi İnqilab Keşikçiləri Korpusunun hələ ABŞ ilə əlaqə saxlamadığını və silahlı qüvvələrin diplomatiyaya qarışmadığını bildirərək, ordunun əsas vəzifəsinin ölkəni müdafiə etmək olduğunu əlavə edib.

Mohibbi ABŞ-nin bölgədəki hegemoniyasının sona çatdığını və yeni nizamın ABŞ tərəfindən deyil, İran tərəfindən müəyyən edildiyini iddia edib.

Mohibbi ABŞ-nin yüksək müdafiə qabiliyyətinə malik olmaq adı altında illərdir regional ölkələrdə hərbi bazalar qurduğunu, lakin bu bazaların sonradan İran tərəfindən məhv edildiyini iddia edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…