Əsas məzmuna keç

Əraqçi Pezeşkianın Nyu-York səfərinin məqsədini açıqlayıb: “ABŞ-ın başlatdığı müharibə fonundadır…”

Məsud Pezeşkian Nyu-York gedib- İranın rəsmi mövqeyini BMT-nin tribunasından açıqlayacaq

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Nyu-Yorka səfər edib və orada ölkənin rəsmi mövqeyini təqdim etməyi planlaşdırır.

İran dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, sessiya çərçivəsində İran prezidentinin sessiyada iştirak edən ayrı-ayrı dövlət başçıları ilə, eləcə də ABŞ-da yaşayan tanınmış iranlılarla, eləcə də Amerika elitalarının və beyin mərkəzlərinin nümayəndələri ilə ayrı-ayrı görüşlər keçirməsi gözlənilir.

İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorkda bildirib ki, İran nümayəndə heyəti İran xalqının hüquq və mənafelərini müdafiə etmək üçün BMT-nin beynəlxalq tribunasından istifadə etmək niyyətindədir.

“Bu səfər ABŞ-ın bizə qarşı başlatdığı ədalətsiz müharibə fonunda baş verir. Biz hələ də hərbi vəziyyət kimi təsvir edilə biləcək bir vəziyyətdəyik. Əsas məqsədimiz İran xalqının hüquq və mənafelərini müdafiə etmək üçün bu böyük beynəlxalq forumdan istifadə etməkdir”, – deyə Abbas Əraqçi bəyan edib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp hazırda Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşməyə razılıq verdiyini açıqlamışdı.

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…