“İran Air”in İstanbul, Bakı və Nəcəf şəhərləri üzrə reysləri davam edir. Tezadlar.az bildirir ki, bu barədə “İran Air”in yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, Türkiyə, Azərbaycan və İraqın aviasiya qurumlarından İstanbul, Bakı və Nəcəf reyslərinin dayandırılması və ya təxirə salınması ilə bağlı indiyədək heç bir rəsmi bildiriş və ya göstəriş daxil olmayıb. “İran Air” bildirir ki, hər hansı rəsmi bildiriş daxil olana qədər bu istiqamətlərə uçuşlar mövcud cədvələ uyğun həyata keçiriləcək. Açıqlamada o da qeyd olunub ki, rəsmi bildiriş daxil olduqdan sonra uçuş cədvəlində hər hansı dəyişiklik edilərsə, bu barədə sərnişinlərə şirkətin rəsmi informasiya kanalları vasitəsilə məlumat veriləcək.
İrandan İstanbula və Bakıya uçuşlar davam edir- TƏHLÜKƏSİZ






