İranın rəsmi xəbər agentliyi IRNA Qeşm adası yaxınlığında bir partlayış səsi eşidildiyini bildirib.
Tezadlar.az xəbər verir ki, IRNA müxbirinin sözlərinə görə, partlayışın dənizdən qaynaqlandığı güman edilir. İlkin məlumatlara görə, Qeşm adasının özündə heç bir ziyan və ya təsir baş verməyib.
Yerli mənbələr hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
ELBAR







