Fransa hökuməti Hörmüz boğazı və ABŞ ilə gərginlik kontekstində İranı diplomatiya yolunu seçməyə çağırıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-York şəhərində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi görüşlə bağlı yazılı açıqlama yayıb.
Məlumata görə, Barrot İranı diplomatiya yolunu seçməyə çağırıb və Fransanın bu diplomatik həlli dəstəkləməyə hazır olduğunu bildirib.
Barrot vurğulayıb ki, “bağlanması enerji təhlükəsizliyi və regional sabitliyə ciddi təhdid yaradan Hörmüz boğazının yenidən açılması Fransa üçün prioritetdir”.
İkitərəfli münasibətlər kontekstində Barrot Tehrandakı Fransa səfirliyinin işçilərinə qarşı “hücumların” qəbuledilməz olduğunu bir daha təkrarlayıb və Tehrandakı Fransız dili tədris mərkəzinin bağlanması qərarını pisləyib.
ELBAR







