Politoloq Taleh Şahsuvarlı yazır: “…Deyirəm, 44 günlük Savaşın başlamasından 6 il keçdikdən sonra açıq mənbələrə- Stokholm Sülh Tədqiqatları İnstitutunun araşdırmalarına- əsasən, 2020-ci iləcən Azərbaycan və Ermənistanın əsas silah ixracatçılarına bir nəzər yetirək. Mənbə: https://www.sipri.org/…/arms-transfers-conflict-zones…
Cədvəldən göründüyü kimi, Ermənistana silahlar 93.7% Rusiyadan verilib. İşğalçı Ermənistan silahlarının 5,3 %-ni isə bir ərəb və müsəlman dövlətindən – İordaniyadan alıb. Azərbaycan da böyük ölçüdə silahları Rusiyadan idxal edib. Amma biz İkinci Qarabağ Savaşını Rusiya silahlarına qarşı Rusiya silahları ilə udmamışıq, təbii ki. Ondan daha müasir, daha üstün texnologiyalar sayəsində zəfər qazanmışıq. Bu gün “İsrailin Baş naziri danışanda niyə BMT salonunun tərk etməmisiniz” deyə üstümüzə çəmkirənlər yaxşı-yaxşı 26,6 % rəqəminə baxsınlar. “Qarabağı biz alıb verdik” deyə öyünənlər 2,9 faizlik paylarına məxsusi diqqət eləsinlər. Bu arada Belarusa da təşəkkürlər!”.
Sitatın sonu!







