Əsas məzmuna keç

Xətainin Dövlət vəsaitinə ucaldılmış heykəli niyə heykəltaraşın nəvəsinə həsr edilir???

Bəlkə də indi açıqlayacağım faktdan sizlərin xəbəriniz var. Ona görə də mənə gülməyin, ilk dəfədir görürəm deyə çox təəccüblü gəlir.
Yəqin ki, hamı bilir şəkildə gördüyünüz Xətainin heykəlidir. Elədirmi? 2-ci və əsas da 3-cü fotolara diqqət yetirin:
Xətainin heykəlinin kartuş (və ya lövhə) hissəsində ( üzərində “ŞAH İSMAYIL XƏTAİ” yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” (“Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov”) yazılıb.
Doğrudan da heykəlin müəlliflərindən biri İbrahim Zeynalovdur.
Bax sualım belədir, çox xahiş edirəm peşəkarlar cavab versinlər, dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi icazəsi varmı?
İkincisi, abidə tarixi şəxsiyyətə – Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?
Mən bildiyim budur: Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi üçün hər hansı xüsusi dövlət icazəsi mövcud deyil və bu, adətən qanunvericiliyə, eləcə də memarlıq-estetik standartlara ziddir.
Digər tərəfdən, belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək yaradıcı intizamın və peşəkar etikanın pozulması kimi qiymətləndirilir. Adətən bu cür detallar dövlət komissiyasının qəbulundan gizli şəkildə, sonradan əlavə oluna bilir.
Bilirdiniz və ya görmüşdünüz?
Sənan NƏCƏFOV
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…