Azərbaycanın “Avroviziya 2027” mahnı müsabiqəsində iştirakı ilə bağlı qərar verilib.
Tezadlar.az xəbər verir ki, ölkəmiz gələn il də beynəlxalq yarışmada təmsil olunacaq. Bu barədə “12xal” məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanı bu il Avstriyanın paytaxtı Vyanada keçirilən “Avroviziya 2026”da JIVA təmsil edib. Müğənni “Just Go” mahnısını səsləndirib və ikinci yarımfinalda 15-ci yeri tutaraq finala vəsiqə qazana bilməyib.







