Əsas məzmuna keç

Mirzoyan və Əraqçi TRIPP layihəsini müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Tehranda İranın xarici işlər naziri Abbas Əraqçi ilə TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasını müzakirə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.

Görüş zamanı tərəflər münasibətlərin strateji xarakterini vurğulayıblar.

XİN rəhbərləri Ermənistan-İran sərhədində ikinci körpünün tikintisinin, üçüncü elektrik ötürücü xəttin inşasının tezliklə başa çatdırılmasının əhəmiyyətinə, habelə iki ölkə arasında yükdaşımaların sadələşdirilməsi məsələlərinə toxunublar.

“Mirzoyan TRIPP layihəsinin icrası üzrə aparılan işlər və onun region ölkələri üçün açdığı yeni imkanlar barədə məlumat verib. Nazirlər regional hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Bu kontekstdə Mirzoyan Ermənistanın cari vəziyyəti diqqətlə izlədiyini vurğulayIB. O, mövcud məsələlərin danışıqlar yolu ilə həllinə yönəlmiş səylərin əhəmiyyətini xüsusi qeyd edib”, – qurumdan bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…