Əsas məzmuna keç

Nepal daşqından sonra bərpa işlərinə keçir

Nepal avqustun 26-da baş vermiş dağıdıcı daşqından sonra 5 285 nəfərin hələ də itkin düşmüş hesab edilməsinə baxmayaraq, aktiv axtarış-xilasetmə əməliyyatını başa çatdırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Nepal rəsmiləri bildiriblər.

Daşqın Nepalın Tibetlə sərhəd ərazisində başlayıb. Xilasetmə əməliyyatı zamanı 13 795 nəfəri təxliyə etmək mümkün olub. İndiyə qədər azı 1 455 nəfərin meyiti tapılıb.

Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin rəhbəri Fanindra Paudel bildirib ki, hakimiyyət orqanları axtarış-xilasetmə mərhələsindən bərpa işlərinə keçir.

Onun sözlərinə görə, itkin düşənlərin hüquqi cəhətdən həlak olmuş kimi tanınması imkanı nəzərdən keçirilir. Bu, onların ailələrinə və qohumlarına sığorta, bank əməliyyatları və digər hüquqi prosedurlarla bağlı məsələləri həll etməyə imkan verəcək.

Milli Fəlakət Riskinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması İdarəsinin rəhbəri Dharam Rac Upreti qeyd edib ki, hakimiyyət orqanları artıq ölənlərinin meyitlərinin axtarışını aparmayacaq. Bununla belə, bərpa işləri zamanı aşkar edilən insan qalıqları, əmlak və digər qiymətli əşyalar çıxarılacaq və müəyyən olunmuş qaydada təhvil veriləcək.

Zərurət olduqda təcili xilasetmə əməliyyatları davam edəcək.

Daşqın həmçinin 12 su enerjisi obyektini, yolları, körpüləri, fermer təsərrüfatlarını və yaşayış məntəqələrini dağıdıb.

Hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, təbii fəlakət səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan minlərlə insanın ilkin reabilitasiyası üçün təxminən 5 milyard dollar tələb olunacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…