Çorumda baş verən qəzada bir avtomobil və bir “Cip”in toqquşması nəticəsində biri uşaq olmaqla 4 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb. Həyatını itirən Zəhra Betül Yılmaz və Ömər Cebecinin cəmi bir gün əvvəl nişanlandıqları öyrənilib.
Tezadlar.az xəbər verir ki, qəza Türkiyədə Çorum-İskilip magistral yolunda, Ceritbeli yaxınlığında, Zehra Betül Yılmazın idarə etdiyi avtomobil Mert Üstünelin idarə etdiyi “Cip”lə toqquşub.
Məlumatdan sonra hadisə yerinə jandarma, tibb və yanğınsöndürmə qrupları göndərilib.
Sürücülər Zehra Betül Yılmaz və Mert Üstünel, eləcə də avtomobildə olan 6 yaşlı Hüsra Lal hadisə yerində ölüb.
Vasitələrdə sıxışıb qalan cəsədlər yanğınsöndürmə qrupları tərəfindən çıxarılıb.
Ağır yaralanan Ömer Cebeci Hitit Universiteti Erol Olçok Təlim və Araşdırma Xəstəxanasında tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Qəzada ağır yaralanan Münəvvər Lalın hələ də həmin xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı öyrənilib.
Qəza səbəbindən Çorum-İskilip avtomobil yolunda nəqliyyatın hərəkəti jandarma qrupları tərəfindən nəzarət altına alınıb.
Cinayət yeri araşdırma qruplarının işindən sonra cəsədlər yarılma üçün xəstəxana morquna aparılıb.
Qəzada həyatını itirən Zehra Betül Yılmaz və Ömer Cebecinin nişan mərasimini bir gün əvvəl keçirdikləri öyrənilib.
ELBAR







