Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə papanın cərrahı və onu müalicə edən həkimlər Stefano Marqaritore və Luici Karbonenin açıqlamasında bildirilib.
Açıqlamada deyilir: “Təcili histoloji müayinə əməliyyat öncəsi testlərin nəticələrinə əsasən gözlənildiyi kimi ağciyərin adenokarsinoma (bədxassəli şiş – RED.) diaqnozunu təsdiqləyib”.
Sağ ağciyərinin aşağı payı videoköməkli cərrahiyyə əməliyyatı vasitəsilə çıxarılıb. 71 yaşlı Papa əməliyyat otağında təxminən üç saat keçirib.
ELBAR







