Ötən gecə Ukrayna ordusu Moskvaya kütləvi pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində hərəkət edən 20 PUA-nı vurub. Mer qeyd edib ki, dronların qalıqlarının düşdüyü ərazilərdə təcili xidmət əməkdaşları fəaliyyət göstərirlər. Hücumla əlaqədar Moskvanın Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında yüzlərlə təyyarələrin uçuş və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Vnukovo hava limanındakı məhdudiyyətlər səbəbindən Türkiyədən Moskvaya uçan 10 təyyarə marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Ukrayna prezidenti Zelenski ötən gün Rusiyanın Kiyevə son raket hücumlarının cavabsız qalmayacağını demişdi: “Əgər Kiyev vurulursa, niyə Moskva da hədəfimiz olmasın…”.
Hətta Ukrayna ordusunun rəhbər heyyəti Kremlin də hədəf olmasını dilə gətirməkdədirlər.
A.Məmmədli







