Həyat yoldaşı «Yelobank»ın İdarə Heyətinin sədri olan millət vəkili hakimlərə etdiyi təzyiqə görə niyə barəsində tədbir görülmür?
Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyevanın həyat yoldaşı Zaur Abiyev «Yelobank»ın hüquq Departamentinin sədri və İdarə Heyətinin üzvü olduğu dövrdə iş adamını necə tələyə salmışdır?
Keçək mətləbə: ötən araşdırma yazılarda qeyd etdiyimiz kimi, «Tovuz-Baltiya» MMC-yə «Yelobank» («Nikoyl» İKB) tərəfindən illik 22 faiz dəorəcəsi ilə 24 ay müddətinə 850 min manat kredit verilmişdir. 6 ay tamanında bank borcalanı heç bir əsas olmadan Gəncə İnzibati-İqtisad Məhkəməsinə vermişdir. Belə ki, «Yelo Bank»ın(«Nikoil Bank») ayırdığı kreditin təminatı konyak spirti olmuşdir. Həmçinin bank 01.11.2017-ci il mart ayında və 2021-ci ilin fevral ayında “Tovuz-Baltiya” və “Azər-Frans” MMC-dən saxta borc iddiası ilı Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət vermişdir. Prokurorluq audit yoxlaması təyin etmiş, nəticədə məlum olmuşdur ki, sahibkarı məhkəməyə verdiyi həmin tarixdə 38 min 044 manat 89 qəpik, qətnamənin çıxarıldığı tarixdə isə 73 min 375 manat faiz borcu adı ilə Bankın özbaşına artıq pul vəsaitini sildiyi sübuta yetirilmişdir. Məlum olurdu ki, cəmi 850 min manat kreditin müqabilində, guya heç bir ödəniş aparılmamış kimi (hansı ki, 6 ay ərzində ödəniş qrafikinə görə 93.500 manat faiz borcun tam ödənildiyi halda), məhkəmənin qətnaməsində, hətta 133.134 manat artıq faiz borc adı ilə artıq silinmə göstərilmişdir.
Ədalət naminə deyək ki, prokrorluğun əməkdaşları məsələyə olduqca ciddi yanaşmış, təyin etdikləri auditlər faiz borcu adı ilə artıq silinmiş həmin məbləği aşkar etmiş, «Yelobank»ın məhkəməyə təqdim etdiyi saxta iddiasını ifşa etmişdir.
Zəruri qeyd: maraqlıdır ki, sahibkar «Yelobank»ın bu saxtakarlıq dolu iddiasını çox sonralar aşkar edə bilmişdir(fakt: Audit rəyləri əlavə edilir, redaksiyadadır).
Bütün bunlara baxmayaraq, məhkəmə inanılmaz ədalətsizliyə yol verərək girovda olan konyak spirtinin 983.935 manatlıq hissəsini borca silir, qalan hissəsini isə girovdan azad edir. Lakin «Yelobank» («Nikoyl» Bank) bununla da qane olmur, Tovuz rayon icra məmuru ilə əlbir olaraq girovdan azad olunmuş konyak spirti saxlanılan anbarları yenidən bağlatdıraraq, saxta qiymət arayışları əldə edir, «keyfiyyətini itirmiş mal» adı ilə(?) girovda olan konyak spirtini müqavilə qiymətindən 7-13 dəfə ucuz qiymətə hərraca çıxarır. Sahibkar Bankın bu özbaşnalığından məhkəməyə şikayət veriir. Bakı İnzibati-İqtisadi Məhkəməsi yeni qiymətləndirmə təyin edərək, hərracı ləğv edir, №2-İQT «81»-110//2013 saylı ədalətli qətnamə ilə (hakim Qurban Abbasov) «Yelo Bank» ASC-dən («Nikoyl» İKB) (indiki konyak spirti saxlanılan anbarlarını bağlı saxlayaraq), ”Tovuz-Baltiya” MMC-yə vurduğu ziyanla bağlı 1 milyon 126 min 635 manatın bankdan tutularaq Sahibkara məcburi ödənilməsi barədə qətnamə qəbul eir(qətnamə əlavə edilir).

Görün indi nə baş verir: bu dəfə “Tovuz-Baltiya” MMC girovdan azad olunmuş konyak spirtini satmaq məqsədi ilə Dağıstanın Kizlər konyak zavodu ilə müqavilə bağlayır, birinci partiya konyak spirtini Dağıstan Respublikasındakı “Alıcıya” göndərir. ”Yelo bank” ASC («Nikoyl» İKB) bağlanmış bu alqı-satqı müqaviləsini pozmaq məqsədi ilə başqa bir tələ fikirləşir: Dağıstan Gömrük İdarəsinə konyak spirtinin guya keyfiyyətsiz olması ilə bağlı məktub göndərir.
Dağıstan Gömrük Komitəsi bu saxta məktubu əsas tutaraq konyak spirtinin Azərbaycana geri qaytarılmasına göstəriş verməli olur. ”Tovuz-Baltiya” MMC də Dağıstan Respublikasının Gömrük İdarəsini Dağıstanın Arbitraj Məhkəməsinə verir. Dağıstan Arbitraj Məhkəməsi konyak spirtindən nümunə götürür, Rusiya Federal Akreditasiya laboratoriyasına göndərir. Laboratoriyanın cavabında konyak spirtinin yüksək standartlara cavab verdiyi bildirilir, buna görə də spirtin Kizlər Konyak zavoduna boşaldılmasına razılıq verilir (analizlərin cavabı, arbitraj məhkəməsinin qərarı əlavə edilir) və spirt yüklü vaqonun boşdayanması və laboratoriya xərcləri Dağıstan Gömrük İdarəsinin bank hesabından tutulur.
“Yelobank”ASC-nin rəhbərliyi («Nikoyl» İKB) Kizlər Konyak zavodunun rəhbərliyinə bu dəfə ikinci bir böhtan məzmunlu məktub yazır. Kizlər Konyak zavodu da bankla məhkəmə mübahisəsi bitənə qədər göndərilən spirtin birinci partiyasından sonra müqavilənin dayandırılması barədə məktub verir(məktub əlavə edilir). Bank isə 2009-cu ildən 2026-cı ilədək olan müddətdə süni vaxt udmaq və qanunsuz niyyətinə çatmaq, mülkləri ələ keçirmək üçün hər dəfə məhkəmələrə saxta şikayətlər yazır, bu əməlini dayandırmır. ”Kizlər Konyak” zavodundan konyak spirtinin pulu daxil olarkən isə bank tələ qurur- pul vəsaitini bloklayır.
”Tovuz-Baltiya” MMC bankın bu qanunsuz əməlindən yenidən məhkəməyə müraciət edir. Səbail rayon Məhkəməsinin (iş №2(009)-1271/11-saylı) ədalətli qərardadı ilə (hakim Elnur Həsənov) bankın saxta iddiası rədd edilir.
«Kizlər Konyak” zavoduna yazdığı böhtan xarakterli məktubları ilə bağlı isə Sahibkar- MMC “Yelobank» ASC-dən («Nikoyl» İKB) məhkəməyə şikayət verir. 2013-cü ildən-2017-ci ilədək davam edən bu mübahisə, ən nəhayət, Ali Məhkəmənin 26.07.2017-ci il tarixli (iş №2-2(102)-291/17) saylı ədalətli qərarı ilə (hakim Kamələddin Bədəlov) bankın bu hərəkəti «sahibkarın işgüzar nüfuzuna vurulan ziyan» hesab edilərək “Yelobank ASC-nin (Nikoyl İKB) hesabından daha 50 min 30 manat məcburi tutularaq “Tovuz-Baltiya” MMC-yə təzminat kimi ödənilir(qərar əlavə edilir)!
İndi təsəvvür edin, görün vəziyyət nə hala gəlib ki, Rusiya mənşəli bu bank sahibkarın fəaliyyətinə necə düşmən kəsilir, vaxtından əvvəl kredit müqaviləsini pozur, sahibkarı saxta iddialarla məhkəməyə verir, prokurorluğa böhtan xarakerli şikayətlər göndərir. Hətta hətta xarici tərəfdaşına saxta məktub göndərib pozuculuqla məşğul olur. Bu bank xidməti yox, iqtisadi təxribat deyilmi???
«BARIŞIQ» TƏKLİFİ ADI ALTINDA TƏLƏ VƏ YENİ QANUNSUZLUQLAR…
“Tovuz-Baltiya” MMC-yə vurduğu ziyanla bağlı «Yelobank» ASC-nin («Nikoyl» bank) 1 milyon 162 min 635 manat pulunun tutularaq sahibkara ödənilməsi ilə bağlı çıxarılmış qətnamədən bu dəfə bank apellyasiya şikayəti verir. Apellyasiya şikayətinin perspektivsizliyini görən bank rəhbərliyi yeni hiyləyə əl ataraq sahibkarı barışıq adı ilə Banka dəvət etməli olur. Sahibkar bankın dəvətindən qəti imtina edir.
Nəhayət, «Yelobank»ın idarə heyətinin üzvü, eyni zamanda bankın hüquq departamentinin rəhbəri Zaur Abiyev(Ali Məhkəmənin Kommersiya Kollegiyasının hazırkı sədri Kəmalə Abiyevanın həyat yoldaşıdır, «Yelobank» İdarə Heyətinin sədri Anar Həsənov isə deputat Sevinc Fətəliyevanın həyat yoldaşı. Sonradan biləcəksiniz ki, deputat S.Fətəliyeva necə və hansı yolla məhkəmələrə təzyiq edirmiş) sahibkarın ofisində onu qəbul etməyi xahiş edir. Sahibkar Zaur Abıyevi öz ofisində qəbul edir… Zaur Abıyev idarə heyətinin adından etibarnamə təqdim edərək “barışıq” təklif ilə Sahibkarı əmin edir: «Məni bankın idarə heyəti bu barışıq üçün vəkil edib, bu barışıq baş tutarsa, şirkətləriniz üzrə bütün mübahisələri bir hüquq rəhbəri kimi dayandıracağıma, eləcə də VIP xidmət göstəriləcəyinə, əvvəllər yeni üzüm bağı salınması məqsədi ilə etdiyiniz müraciət məktubunda xahiş etdiyiniz 2 milyon manata qarşı 3 milyon manat güzəştli kredit, 5 il güzəşt müddətinə qarşı isə 10 il müddət veriləcəyinə, bu işi öz şəxsi nəzarətimə götürüb axıra kimi yüksək səviyyədə dəstək olacağıma söz verirəm…».

Bu hələ harasıdır, Zaur Abiyev, hətta həyat yoldaşı Kamalə xanım Abıyevanın (hazırda Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri) Bakı Apellyasiya Məhkəməsində hakim olduğunu, gələcəkdə bank tərəfindən problem olarsa, onun dəstəyi ilə məhkəmələrdə bütün problemləri özü həll edəcəyini bildirir, sahibkarı inandırır… Sonra deyir: «Xahiş edirəm, məni rusların yanında bir Azərbaycanlı kimi sındırma, razılıq təklifini səmimi qəbul edin, hətta müqavilələri də etibarnamə ilə özüm bağlayacağam, bir daha söz verirəm ki, bu işə şəxsən özüm zamin dururam…».
Sahibkar “Yelobank” ASC-nin («Nikoyl» Bank) idarə heyətinin etibarnaməsini və Zaur Abıyevin özünün yuxarıda qeyd etdiyimiz zaminliyinə tam əmin olub inandığı üçün barışığa razılaşır.
Bundan sonra “Tovuz-Baltiya” MMC-nin girovda olan əmlakları (icra vərəqəsindən qalan) 173.000 manat borc tam silinir, girovda olan bütün əmlaklar girovdan çıxarılaraq Zaur Abıyevin imzası ilə 3 milyon manat güzəştli kreditin ayrılması məqsədi ilə təminat kimi «Azər-Frans» MMC-nin adına rəsmiləşdirilir. Bundan sonra ”Yelobank” ASC-də yenidən yüklü edilmiş Əsas kredit müqaviləsi bağlanır. Həmçinin «Yelobank» («Nikoyl» IKB) ”Tovuz Baltiya” MMC-nin, hətta 19.12.2013-cü il tarixə heç bir borcunun olmaması ilə bağlı Mərkəzi Bankın kredit reyestri xidmətinə rəsmi hesabat da verir. ”Tovuz-Baltiya” MMC isə bütün bunlara necə inanıb etibar etməsin: bunun əvəzində banka qarşı olan 1 milyon 162 min 635 manat məbləğində iddia tələbindən imtinaya dair Bakı Apellyasiya Məhkəməsinə imtina ərizəsi verir. Təbii ki, Zaur Abiyevin verdiyi söz və zəmanətinə inanaraq!
Məhkəmənin apellyasiya baxışı zamanı vaxtilə qəbul edilmiş(№ 2-2(103)-169/2014 saylı qərardad) məhkəmə qərarını nəzərə alaraq (hakim Valeh Ağayev) hər iki tərəfin təkliflərini nəzərə alaraq tərəflər arasında olan bütün mübahisələlərə xitam verir(qərardad əlavə edilir).
Lakin «Yelobank» ASC («Nikoyl» Bank) Bakı Apellyasiya Məhkəməsinə sahibkarın verdiyi iddiadan imtina ərizəsinin üstündən dərhal fürsəti əldən vermir, sözündən və vədindən qaçaraq Sahibkarlığın İnkişafı Fondundan vəsaitin gecikməsi adı ilə “Azər-Frans” MMC-yə (manipulyasiya edib) ona 863 min manat məbləğində qısa müddətli və 3 aylıq 18%-li kredit ayırır və ilk tranşla ayırdığı 463.000 manat pulu Cari hesabdan ssuda hesabına köçürmədən razılaşmanı pozur, kredit vəsaitinin təyinatını qanunsuz olaraq pozub birbaşa köhnə borclara silir. Halbuki bank vəd vermişdi ki, Sahibkarlığın İnkişafı Fondundan pul gələn kimi bu borc məbləği və bu yüksək faizlərin fərqləri kompensasiya olunacaq. Amma və lakin…
-Bəs Zaur Abiyev niyə verdiyi vədinə xilaf çıxdı?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu







