Əsas məzmuna keç

Papa XIV Leo əməliyyatdan sonra xəstəxanadan çıxdı

Vatikan Dövlətinin Başçısı və Katolik Kilsəsinin mənəvi lideri Papa XIV Leo 13 oktyabrda ağciyərindəki kütlənin çıxarılması üçün əməliyyat olunduqdan sonra xəstəxanadan buraxılıb.

Tezadlar.az xəbər verir ki, Vatikan Mətbuat Ofisi dünən çərşənbə axşamı Romadakı Gemelli Xəstəxanasında ağciyər əməliyyatı keçirən və ağciyər xərçəngi diaqnozu qoyulan Papa XIV Leonun səhhəti ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Bu səhər qan analizləri, sinə rentgenləri və klinik vəziyyətinin qiymətləndirilməsindən sonra Papanın xəstəxanadan çıxmaq üçün yararlı olduğuna qərar verildi.”

Bildirilib ki, Papa həmişə olduğu kimi bu gün də Vatikandakı Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar günü duasını oxuyacaq.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…