Əsas məzmuna keç

DTX bu şəxslərin keçmişini və bu gününü araşdırmalıdır ki…

Bu barədə heç vaxt açıq danışmaq istəməmişəm. Amma indi susmaq nankorluqdur, deyib bu məqamı diqqətə çatdırıram: 2008-də Abdulla Gül öz dəstəsi ilə Ermənistana futbol yarışına getdi və ardınca Ermənistanla sərhədi açmağa hazırlaşanda Prezident İlham Əliyev bütün məsuliyyəti ilə Türkiyəyə səfərini təxirə saldı, bütün media, başda AzərTAC və APA və s. qardaş ölkənin siyasi rəhbərliyinin bu addımını sərt qınadı, ardınca Səfir Hulusu Kılıç Ramazan bayramını bəhanə edərək “Azərbaycan” nəşriyyatına gəlib redaksiyaları gəzdi, paxlava paylayaraq Türkiyə əleyhinə yazılar yazmamaq barədə tapşırıq və tövsiyyəsini verdi. “Təzadlar” səfirin bu hərəkətini diplomatik qaydaları pozma və Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib Azərbaycan XİN- ə rəsmi məktub göndərdi, eləcə də səfirin hərəkətini jurnalistləri ələ alma kimi qiymətləndirdi və s. Elşad Abdullayevin şikayəti əsaslnda “Təzadlar”ı balans pozmaqda ittihamlayan Azərbaycan Mətbuat Şurası Ramiz Mehdiyev və onun bəslədiyi, 20 il deputat elədiyi Bəxtiyar Sadıqov və PA-nın şöbə müdiri Əli Həsənovun göstərişi ilə qəzetə ciddi xəbərdarlıq edib çapına, yayımına süni əngəllər törətdi… Birdən səfirin məlum hərəkəti ortaya çıxanda MŞ- ın İH- nin az qala bütün üzvləri yaxasını cırıb Bəxtiyar Sadıqovun və Əli Həsənovun tapşırığı ilə qəzeti “reket” elan etdilər! Tarixin ironiyasına baxın, bu yaramaz hərəkətə səs verənlərin siyahısını verib onları cəmiyyət içində rüsvay edə bilərəm, edəcəm, amma qoy hələlik iynə üstündə otursunlar ki, bu nə vaxt olacaq… Nəhayət, MŞ- dakı həmin dəstə var gücü ilə bizə mane oldu, amma qəzet bağlanmadı, tanınmış vəkil Əlirza Həbilov bu işi icraatına götürüb haqsızlıqla barışmadı, təmənnasız olaraq məhkəmə icraatı başladı, MŞ- ın qanunsuz hərəkətinə qadağa qoyulması barədə qərardad qəbul etdi(qəzetin çapının, yayımının dayandırılmasını istəyirdilər).
Qayıdıram bu günə: o vaxt Türkiyənin bəzi dairələri Azərbaycana yuxarıdan aşağı baxırdı deyə, oxşar taleni ANS- ə yaşatdılar, tv bağlandı… Azərbaycana o vaxt nəyinsə naminə dəstək olmayan həmin və məlum adamlar indi əksinə, Türkiyəni qınayan yazılar verirlər! Bir oxları isə susur… Susmaq zamanıdırmı, deyin!? Türkiyə-Azərbaycan bir ananın iki övladıdır, elə isə biri o birinin niyə daxili işinə qarışır, hökumətimizin məktəblərdə hicab qərarına hədyanlar istehsal edir? Niyə həmin Bəxtiyarların və Əlilərin indi səsi çıxmır? DTX daim Ramiz Mehdiyevin tapşırıqlarını göz qırpmadan icra edən bu və ya digər şəxsləri nəzarətə götürməlidir! Deməli, lazım gələndə Azərbaycana quyu qazmaq, arxadan xəncər vurmaq onlar üçün adi şeydir!
Azərbaycan DTX bu cür adamların dünəni də araşdırmalıdır…
Sonda: Türkiyə qardaşımızdır, bu şəksizdir! Amma qardaş qardaş yerini də bilməlidir!

Asif MƏRZİLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…