Əsas məzmuna keç

Netanyahu alış-veriş mərkəzində meqafonla səs istədi

İsrailin Baş naziri Binyamin Netanyahu davam edən ümumi seçkilər zamanı ticarət mərkəzinə gedib və meqafonla ziyarətçilərdən onun partiyasına səs vermələrini istəyib.

Tezadlar.az xəbər verir ki, İsrail ümumi seçkilərində səsvermə davam edərkən, Baş nazir Binyamin Netanyahu öz partiyasına səs qazanmağa çalışıb. Səsvermənin bitməsindən bir saat əvvəl Netanyahu Qüds yaxınlığındakı Beyt Şemeşdəki bir ticarət mərkəzinə gedib. Əlində meqafon tutan Netanyahu ziyarətçilərdən onun Likud partiyasına səs vermələrini istəyib.

Qeyd edək ki, İsraildə səsvermə başa çatıb və səslərin sayılması prosesi davam edir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…