Əsas məzmuna keç

“Traktor” İsmayıl Qartalla danışıqlara başlayıb

Türkiyənin “Fənərbağça” klubunun sabiq baş məşqçisi İsmayıl Qartalın karyerasını İranda davam etdirmək ehtimalı yaranıb.

Tezadlar.az xəbər verir ki, təcrübəli mütəxəssis “Traktor” klubundan rəsmi təklif alıb.

Təklifdən sonra klub rəhbərliyi ilə İsmayıl Qartal arasında danışıqlara başlanılıb. Tərəflər arasında aparılan müzakirələrin nəticəsi və türkiyəli mütəxəssisin təklifə verəcəyi cavab hələlik məlum deyil.

Qeyd edək ki, İsmayıl Qartal 2025-ci il yanvarın 27-də İranın “Persepolis” klubu ilə müqavilə imzalayıb. O, mövsümün sonunadək komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…