Türkiyənin İzmir vilayətində 54 yaşlı Bilgi Fırat yatan əri 60 yaşlı Nazif Fıratın üzərinə qaynar su töküb. Qadın hadisədən sonra intihar edib.
Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, hadisə gecə saat 01:30 radələrində Dərnəkli məhəlləsində baş verib.
Evdar qadın olan Bilgi Fırat iki övladının atası, fermer Nazif Fıratın üzərinə qaynar su töküb. Daha sonra evdən çıxan qadın yaxınlıqdakı boş evə gedərək orada həyatına son qoyub.
Məlumat əsasında əraziyə təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub. Tibb işçiləri qadının öldüyünü müəyyənləşdiriblər.
Bədənində yanıq xəsarətləri olan Nazif Fırat təcili tibbi yardım avtomobili ilə xəstəxaya çatdırılıb. Müalicəsi davam edən kişinin həyati təhlükəsinin olmadığı bildirilib.







