Əsas məzmuna keç

Son dəqiqə: Prezident Ərdoğan Azərbaycana gəlir

Prezident Rəcəb Tayyib Ərdoğan planlaşdırılan proqramı çərçivəsində Azərbaycana yola düşüb. Onu həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir. Səfər zamanı Ərdoğan həmkarı İlham Əliyevlə də görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və əməkdaşlıq sahələri müzakirə olunacaq.

Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğan 8 noyabrda Azərbaycanın Qələbə Günü şənliklərində iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb.

Prezident Ərdoğanı Atatürk Hava Limanında vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davut Gül və AK Partiyanın İstanbul Vilayət sədri Abdullah Özdemir yola salıblar.

Prezident Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş Məsləhətçisi Akif Çağatay Kılıç, AK Partiyanın sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət edib.

Prezident Ərdoğan Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək

Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə paradda iştirak edəcək.

Ərdoğan səfər çərçivəsində İlham Əliyevlə təkbətək görüş də keçirəcək.

Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətləri hərtərəfli qiymətləndiriləcək. Əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi məsələsi müzakirə olunacaq. Ərdoğan-Əliyev görüşündə regional və qlobal məsələlər də gündəmdə olacaq.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…