Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu 2024-cü ildə Gürcüstan hakimiyyətinin Qərbyönümlü müxalifətin təşəbbüsü ilə dövlət çevrilişinin qarşısını aldığını iddia edib. Tezadlar.az xəbər verir ki, Şoyqu bu barədə MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 14-cü illik görüşündə çıxışı zamanı bildirib. “Gürcüstan hakimiyyəti 2024-cü ildə Qərbyönümlü Gürcüstan müxalifətinin təşəbbüsü ilə dövlət çevrilişinin qarşısını faktiki olaraq alıb və ölkənin milli maraqlarının qorunmasına yönəlmiş siyasət yürütməyə başlayıb”, – deyə Şoyqu bildirib. O, həmçinin Rusiya ilə Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafını müsbət qiymətləndirib və 3+3 regional məsləhətləşmə platformasının fəaliyyətinin bərpasının vacibliyini vurğulayıb.
Şoyqunun sözlərinə görə, regional problemlər kənar ölkələrin müdaxiləsi olmadan, siyasi və diplomatik yollarla həll edilməlidir. Rusiya Təhlükəsizlik Şurasının katibi Cənubi Qafqazda vəziyyətin yaxşılaşdığını da iddia edib. O, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda sülhün faktiki bərqərar olmasının müsbət nəticələr verdiyini bildirib.
Gürcüstan hakimiyyəti 2024-cü ildə dövlət çevrilişinin qarşısını alıb?






