Əsas məzmuna keç

“Azəravtoyol”un Hacıqabul-Ələt yolunda 3 min yamağı var!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli 9 aydır ki, hər il Dövlət büdcəsindən on milyardlarla ölçülən vəsait alıb yollarda xərcləyən bu qurumun İdarə Heyətinin sədridir.

Əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq sahədə çalışmış sədrin qeyri- ixtisas sahəsi olan avtomobil yollarında irəli çəkilməsinin sirrini hələki heç kim bilmir… Hələlik isə bilinən odur ki, yeni sədrin Saleh Məmmədovu əvəz etməsinin heç qırxı çıxmamış Bakıda magistral yol çökdü, sədrin bəxti gətirdi ki, on metrlik dərinliyi olan böyük çuxura düşüb ölən sürücü və sərnişin olmadı… Və bir də o bilinir ki, Vüsal Nəsirli bu vəzifəyə gələndən bəri magistral yollardakı yamaqların sayı artıb. Məsələn, bu gün əməkdaşlarımızla bölgədəki Zəfər bayramı tədbirindən qayıdarkən Hacıqabuldan Ələtə kimi olan 6-8 km- lik yolda düz 3050 yamaq saydıq. Bu yoldakı taq- tuq, taqqaturuq… simfonik orkestrin klassik musiqi bəstəsinə bir nəzirə kimidir. Axı bu beynəlxalq dərəcəli yoldan hamı- xarici ölkələrdən Bakıya gələn və Qarabağa gedib qayıdan turistlər, jurnalistlər, bloggerlər, rəsmilər… istifadə edir. Nə olub, yollarda yamaq yarışı gedir???

Bilmirik, bəlkə yollarımızda yamaqların sayını artırmaqla cənqb Vüsal Nəsirli Ginnesin Rekordlar Kitabına düşməklə “Azəravtoyol”un adını dünyaya bu yolla tanıtmaq istəyir… Həqiqətən də bilmirik… Amma onu bilirik ki, belə yamaqla uzağa getmək mümkün deyil, çünki yamaqlı çuxurlar 110km/saatlıq yolda əsl ağır avtoqəza mənbəyidir…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…