Əsas məzmuna keç

“Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması öz nəticəsini verməkdədir”

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir”. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib.

O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib. Şoyqu regionda nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü illik görüşü keçirilib. İclasda MDB-də təhlükəsizlik çağırışları və təhdidləri, eləcə də mümkün birgə cavab tədbirləri müzakirə olunub. Azərbaycanı görüşdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da iclasa qatılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…