Əsas məzmuna keç

Trampın xüsusi nümayəndələri Əbu-Dabidən Moskvaya gedəcək

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlardan sonra Rusiya rəhbərliyi ilə görüşmək üçün bu ölkəyə səfər edə bilərlər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ nümayəndələri Əbu-Dabidəki danışıqlardan sonra Rusiyada Prezident Vladimir Putinlə görüşə bilərlər.

Moskva isə bu görüşə artıq hazırdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…