Əsas məzmuna keç

İrandan ABŞ və İsrailə sərt xəbərdarlıq

İran Baş Qərargah rəisi general-mayor Əli Abdullahi ölkəsinə qarşı hər hansı bir təhdidin silahlı qüvvələrin birbaşa hədəfi olacağını bildirib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Abdullahi İranın raket proqramının banisi general-mayor Həsən Təhrani Mükaddamin ölümünün ildönümü münasibətilə İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı Seyid Məcid Musəviyə göndərdiyi mesajda hava qüvvələrinin əhəmiyyətini vurğulayıb.

“İran rejiminin mövcudluğunu təhdid edən istənilən nöqtənin başlatacağı əməliyyatların birbaşa hədəfi olacağını” bildirən Abdullahi “ABŞ-ın qabaqcıl sistemlərini sıradan çıxardıq” deyib.

ABŞ və İsrailə xəbərdarlıq edən Abdullahi əvvəlki hücumların yalnız hekayənin başlanğıcı olduğunu və daha bir səhv hesablamanın daha böyük “zərbələrə” səbəb olacağını iddia edib.

Abdullahi bu təhdidin real olduğunu və İran Silahlı Qüvvələrinin onu həyata keçirmək gücünə malik olduğunu iddia edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…