Əsas məzmuna keç

Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb

Gəncə şəhərində “Baku Bus”a məxsus sərnişin avtobusu işıq dirəyinə çırpılıb.

Tezadlar.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.

5 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində yol kənarındakı bir neşə ağac qırılıb, yol-hərəkət nişanı sıradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…