Müğənni bacılar Sevil və Sevinc Səfərovaların 36 yaşı tamam olub.
Tezadlar.az xəbər verir ki, bu münasibətlə onlar sosial media hesablarında illər əvvəlki və indiki fotolarını yayımlayaraq bunları yazıblar:
“Bəli, o balaca qızlar artıq bu gün 36 yaşını qarşılayır. Həyatımızda çətin və əziyyətli dövrlər çox olub, bunu heç vaxt inkar etməmişik. Çox erkən yaşda ailə başçımızı, dünyada ən çox sevdiyimiz atamızı itirdik və onun ailə yükünü çiyinlərimizdə daşımağa başladıq. Bu gün də, bəlkə də, bəzilərindən daha çox yük daşımağa davam edirik. Bəli, bunun bizim borcumuz olduğunu da bilirik. Amma insan illər keçdikcə bunun nə qədər çətin olduğunu daha dərindən dərk edir…
Bütün bunlara baxmayaraq, bu günümüzə, sahib olduqlarımıza və hər yeni günə görə Allaha çox şükür edirik. Həyatdan bundan sonra yalnız özümüzə və ailəmizə huzurlu, xoşbəxt, qayğısız bir ömür arzulayırıq. İstəyimiz yalnız budur”.







