Əsas məzmuna keç

“Mançester Yunayted” Kerriklə yollarını ayırıb

İngiltərənin “Mançester Yunayted” klubu əsas komandanın baş məşqçisi Maykl Kerriklə yollarını ayırdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayımlanıb.

“Mançester Yunayted” Maykl Kerrikin baş məşqçi vəzifəsindən ayrıldığını təsdiqləyir. Maykl yanvar ayında kluba qayıdıb və 2025/2026 mövsümünün qalan 17 oyununda 12 qələbə qazanaraq komandanı Premyer Liqada üçüncü pilləyə yüksəldib. Bu müddət ərzində komanda liqada ən çox xal toplayan kollektiv olub.

Yeni mövsümə uğursuz başlanğıcdan sonra klub qarşıya qoyulan məqsədlərə çatmaq üçün dəyişikliklərin zəruri olduğu barədə son dərəcə çətin qərar qəbul edib.

Maykl “Mançester Yunayted”in əfsanəsi olub və həmişə belə qalacaq. Futbolçu olduğu dövrdə olduğu kimi, məşqçilik fəaliyyəti zamanı da yüksək sədaqət və peşəkarlıq nümayiş etdirib. Onun liderlik keyfiyyətləri və ötən mövsümdə qazandığı uğurlar daim xatırlanacaq.

Klub ən qısa zamanda yeni daimi baş məşqçi təyin etməyi planlaşdırır”, – deyə “qırmızı şeytanlar”ın mətbuat xidmətinin açıqlamasında bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…