Bakıda avtobus piyadanı vuraraq öldürüb. Tezadlar.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib. Belə ki, Əliyəddin Yusifov idarə etdiyi avtobus ilə Xəlil Rza Ulutürk küçəsində hərəkətdə olarkən piyada Oqtay Rzayev vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılanılıb.
Sürücününmü, piyadanınmı səhlənkarlığı bir nəfəri həbsə, digərini isə o dünyaya apardı…
SƏBUHİ







