MilliNet2026-ya maraq yüksəkdir, nominasiyalar üzrə rəqabət artır!
Milli İnternet Mükafatı – MilliNet2026-ya indiyədək 284 rəqəmsal resurs təqdim edilib. Onlardan 252-si müsabiqəyə qəbul olunub.
Bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
“Bu il müsabiqəyə maraq kifayət qədər yüksəkdir. Ən böyük rəqabət “İlin rəqəmsal təhsil, sosial və sağlamlıq həlli” (72 resurs), “İlin rəqəmsal biznes və e-ticarət həlli” (59 resurs), “İlin rəqəmsal media və informasiya resursu” (38 resurs) və “İlin innovativ texnoloji həlli” (30 resurs) nominasiyalarında müşahidə olunur.
Rəqəmsal layihələrin qəbulu noyabrın 25-dək davam edəcək.
Hazırda münsiflər tərəfindən layihələrin birinci mərhələ qiymətləndirməsi aparılır. Bu mərhələ noyabrın 30-da yekunlaşacaq.
MilliNet2026-nın ənənəvi yekun təqdimat və mükafatlandırma mərasimi dekabr ayında keçiriləcək”, – deyə o qeyd edib.
JASMİN







