Əsas məzmuna keç

Akif Nağı Fazil Mustafanı “sarsaq” adlandırdı- SƏBƏB

Tezadlar.az xatırladır ki, Akif Nağının “Türkiyə-Azərbaycan müharibəsi…” sitatlı açıqlamasına deputat Fazil Mustafa olduqca sərt münasibət bildirib… Akif Nağı isə ona belə bir cavab verib: “…Ha deyirəm ki, sarsaqlara baş qoşmayım, həm yaşıma-başıma yaraşmır, həm də vaxtım yoxdu. Amma cavab verməyə də bilmirəm. Fazil Mustafa, ya Qəzənfəroğlu, bilmirəm hansını deyim, gündə bəzi qədim peşə sahibləri kimi adını dəyişir, olmayan əqidəsini dəyişir, vaxtilə millətçi idi, sonra liberal oldu, indi nədi bilinmir. Mənim haqqımda utanmadan harda oturur yox ağlına, əyri ağzına nə gəlir danışır. İndi də status yazıb məni guya antitürkçülükdə, irançılıqda ittiham edir. Ay bədbəxt, mənim türkçülük yolunda çalışdığımın mində birini sən etmirsən, edə bilməzsən. Azərbaycan tarixinin türk mahiyyətini Amerikada, Türkiyədə, Azərbaycanda çıxan kitab və məqalələrimlə təqdim edirəm. Son 3 ildə bu yöndə 3 kitabım, 12 elmi məqaləm çapdan çıxıb. Mənə irançı deyir. 44 günlük müharibəyə qədər mən İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada Qarabağ təbliğatı aparır, yüzlərlə görüş, dəyirmi masa, konfranslar keçirirdim. Bunlardan yalnız İranı qabardır ki, guya İran təbliğatı aparmışam. Ayıb olsun sənə, bilərəkdən məni yalandan ittiham edirsən, sən vicdanını şeytana satmış adamsan. Mən səfərlərə özümlə birlikdə Qaziləri, təşkilat rəhbərlərini, mətbuat nümayındələrini aparmışam. Onlardan soruş, Akif Nağı orada nələrdən danışırdı, hansı təhlükə və hücumlara məruz qalırdı?
Əslində İrana, fars şoviniminə xidmət edən sənsən. Mən deyirəm ki, Babək bizimdi, türkdü, Şah İsmayıl bizimdi, tükrdü, Səfəvilər türkdü, Azərbaycan dövlətinin 5 min il yaşı var. Sən deyirsən ki, bunların bizə aidiyyatı yoxdu, hamısı farsındı. Fars şovinistləri də deyirlər ki, bunlar onlarındı. Deməli, sən fars şovinistləri ilə eyni mövqedəsən və onlara xidmət edirsən.
Sən, ümumiyyətlə, xidmətdə duran adamcıqlardansan. Ona görə də var-dövlət içərisində üzürsən, 200 minlik maşınlarda gəzirsən, villalarda yaşayırsan, oliqarx həyatı sürürsən. Hardandı səndə bu pullar? Deputat maaşı ilə etmisən bunları? Təbii ki , xidmətlərində durduğun yerlərdən alırsan. Xidmət etsəydim, mənim də var-dövlətim olardı. Avtobus, metro və sairlə hərəkət edirəm, müəllimlik edib bir təhər dolanıram.
Bir daha deyirəm ki, yazmaq istəmirdim, “it hürər…” prinsipimə sadiq qalardım. Amma gördüm ki, bəzi qurumsaqlar sənə yaltaqlanıb züy tuturlar, bəzi sadə adamlar da sənin yalanına az qala inanırlar. Ona görə yazası oldum. Sənə isə and verirəm Ramiz Mehdiyevin tapşırığı və himayəsi ilə müdafiə etdiyin fəlsəfə üzrə namizədlik dissertasiyasına, cızma-qaraya, danışma, sus, danışanda, yazanda xərifliyirsən…”.
Sitatın sonu.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…