ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Almaniyanın paytaxtı Berlində Avropa liderləri ilə görüşəcəklər.
Tezadlar.az xəbər verir ki, sosial media hesabında verdiyi açıqlamada Kuşner özünün və Uitkoffun “Könüllülər Koalisiyası”nın iclasında iştirak etmək üçün Berlinə gedəcəyini açıqlayıb.
Kuşner müzakirələrin Ukraynada davamlı sülhün bərqərar olması, Kiyev üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsi, Avropada sabitliyin gücləndirilməsi və gələcək münaqişələrin qarşısının alınmasına yönələcəyini bildirdi. Danışıqların prioritetləri ilə bağlı o, deyib: “Bizim prioritetimiz Ukrayna və Avropa ilə koordinasiyanı gücləndirmək, davamlı sülhün fundamental elementləri ilə bağlı ortaq mövqe inkişaf etdirmək və çoxtərəfli danışıqlar üçün gündəmi müəyyən etməkdir. Prezident Donald Tramp müharibəyə son qoymağa sadiqdir.”
ELBAR







