Millətlər Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə 8 komandanın rəqibləri müəyyənləşib. Püşkün nəticəsinə əsasən, Niderland Portuqaliya, Belçika Almaniya, İspaniya Fransa, Norveç isə İngiltərə ilə qarşılaşacaq. Qarşılaşmalar 2027-ci ilin martında iki oyundan ibarət olacaq.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya olub.







