Əsas məzmuna keç

Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirdi- 6 nəfər ölüb

Ukrayna ordusu Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan Vesyoloye qəsəbəsində avtomobil dayanacağına pilotsuz uçuş aparatları ilə zərbə endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Ukrayna ordusunun Belqorod vilayətinə hücumları nəticəsində isə daha 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılar arasında bir yaşlı uşaq da var. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi üzərində Ukraynaya məxsus 343 pilotsuz uçuş aparatını vurub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…