Əsas məzmuna keç

İran ordusu: Hörmüz boğazında bir neft tankeri minaya dəydikdən sonra yanğın baş verib

İran ordusu Hörmüz boğazının şərqində qadağan olunmuş ərazidə üzən bir neft tankerinin dəniz minasına dəydikdən sonra yanğın baş verdiyini açıqlayıb.

Tezadlar.az-ın məlumatına görə, İran Ordusu Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Bölməsinin açıqlamasında bildirilir ki, naviqasiya sistemləri söndürülmüş halda Hörmüz Boğazının şərqində qadağan olunmuş ərazidə üzən neft tankeri gecə ərzində dəniz minasına dəydikdən sonra yanğına başlayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hadisədən sonra digər iki tanker marşrutlarını dəyişdirərək Fars körfəzinə doğru yönəlib.

Məlumatda Hörmüz boğazından keçən gəmilərin İran Silahlı Qüvvələri ilə əlaqələndirilməli və təyin olunmuş dəniz yollarından istifadə etməli olduğu vurğulanıb və əlavə edilib ki, gəmilər xəbərdarlıqlara əməl etmədikləri təqdirdə üzləşə biləcəkləri hər hansı bir riskə görə məsuliyyət daşıyacaqlar.

Məlumatın sonunda İranın məqsədləri və tələbləri yerinə yetirilənə qədər Hörmüz boğazının açılmayacağı bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…