7 Avqust 2021 / 07:17

YANğıN-XILASETMə QüVVəLəRIMIZIN DöRDüNCü QRUPU TüRKIYəD’-VIDEO

…Türkiyədə meşə yanğınları davam etdikcə, Azərbaycanın da ürəyi yanır, qardaş köməyini əsirgəmir. Çünki Türkiyənin problemi həm də bizim problemimizdir.

Beləliklə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyəyə çatıb. 200-dən artıq şəxsi heyəti aparan təyyarə Muğlanın Dalaman Hava Limanına eniş edib. Şəxsi heyət sabahdan etibarən yanğınların söndürülməsi işlərinə cəlb olunacaq. 

Qeyd edək ki, yanğınla mübarizə məqsədilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasında fəaliyyətini davam etdirir. Yanğınsöndürənlərimiz Türkiyəli həmkarları ilə alovla mübarizədə şücaət göstərir. Artıq yanğın ocaqlarının 90 faizi ram edilməkdə və nəzarət altına alınmaqdadır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!