Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


2022-ci ildə ölkədə məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt-saat və ya 2021-ci illə müqayisədə 6,3 faiz çox elektrik enerjisi istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına gğrə, sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 28,5 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 42,7 faizi ölkə daxilində satılıb, 3,8 faizi ixrac olunub, 13,8 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 11,2 faizi isə müəssisələrdə qalıb.
TEZADLAR.AZ