21 Aprel 2023 / 16:19

GÜLƏŞÇİMİZ POQOSYANA GÜCÜNÜ GÖSTƏRDİ VƏ FİNALA YÜKSƏLDİ

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı

Zaqrebdə davam edən Avropa çempionatında

yarımfinalda Qraçya Poqosyanla (Ermənistan) üz-üzə gəlib.

Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!