Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 Sentyabr 2021 / 08:54

TAMAŞAÇILARI YENİLİKLƏRLƏ SEVİNDİRMƏYƏ HAZIRLAŞAN KANAL LOQOSUNU DA YENİLƏDİ

“Space TV” loqosunu dəyişib.

Ekranın yuxarı sağ küncündəki  loqo yeni dizaynda tərtib edilmiş “Space” sözü ilə əvəzlənib.

Qeyd edək ki, sonuncu dəfə 26 sentyabr 2012-ci il tarixində “Space TV” loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.

Xatırladaq ki, “Space” fəaliyyətə başladığı 1997-ci ildən 2001-ci ilə kimi  televiziyanın rəhbəri Eldar Namazov, 2001-2006-cı illərdə isə Etibar Babayev olub. Kinorejissor Vaqif Mustafazadə isə daha uzun zaman – 2021-ci ilə qədər şirkətə rəhbərlik edib. 5 Fevral 2021-ci ildə “Space” televiziyasının yeni rəhbəri əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkəni K.Şahverdiyev olmuşdur. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə həm “Space” TV-nin icracı direktoru vəzifəsində çalışıb, həm də  Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.  20 may 2021-ci il tarixindən etibarən isə bu vəzifəyə  ssenarist, kinoprodüser, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyin edilib. Müşfiq Hətəmov 2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. Televiziya rəhbəri vəzifəsinə gətirilənə qədər isə  Mədəniyyət Nazirliyində “Kino” şöbəsində sektor müdiri kimi çalışıb.

 TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!