Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız…
Asif Atanın Mütləqə İnam Ocağı özünün Xalqlaşma yönündən işlərini davam etdirir. Ocağın Yükümlüsü Soylu Atalı Amaldaşları Günev, Nurtəkin Atalılarla bölgələrə səfər etmiş, İnamlı Atalının təşkilatçılığı ilə (Cəlilabadda) görüşlər keçirmişdir. Görüşdə Ocağın ideyaları, Azərbaycanın ruhsal mahiyyətini ifadə edən dəyərləri haqqında söhbətlər aparılmışdır. Eləcə də, istər Yurdumuzda, istər onun dışında baş verən olaylara Ocağın baxışları sərgilənmişdir. Yurddaşlarımızı düşündürən suallara cavab verilmiş, hər kəsə bireysəl olaraq, Ocaq ədəbiyyatları bağışlanmışdır.
Bundan öncə isə Bilən Atalının təşkilatçılığı ilə Yardımlıya səfər olunmuş, orada da Mütləqə İnam Ocağının prinsipləri, olaylarla bağlı Ocağın baxışları izhar edilmişdir.
Atamız Var olsun!
Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı
A.Məmmədli