18 Yanvar 2024 / 12:27

BU TƏŞKİLATLAR PREZİDENT SEÇKİSİNDƏ “EXİT-POLL” KEÇİRƏCƏK

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.

Tezadlar.az MSK-nın saytına istinadla bildirir ki, qurumun sədri Məzahir Pənahov bu barədə məlumat verib. M.Pənahov deyib ki, növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədarüç təşkilat MSK-ya sənədlərini təqdim edib: “Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosial Tədqiqatlar Mərkəzi” MMC-dir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!