Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Tezadlar.az Gürcüstan XİN-ə istinadla bildirir ki, Nikol Paşinyan səfər çərçivəsində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Komissiyasının iclasının keçirilməsi planlaşdırılır.
Ermənistan elə bir vəziyyət yaradıb ki, üz tutmağa ölkə qalmayıb. Tarixi dostu Rusiya ilə düşmən, Azərbaycan kimi qonşusu ilə intriqada… Türkiyə ilə də eyni vəziyyətdir. Qalır Gürcüstana ayaq açmaq. Gürcüstanın isə öz dərdi özünə bəsdir…
A.Məmmədli