22 Fevral 2024 / 12:24

VƏTƏNDAŞLAR TƏHSİL NAZİRLİYİ İLƏ BU YOLLA ƏLAQƏ YARADA BİLƏRLƏR

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.

 TEZADLAR.AZ nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar 146 – 8 xətti vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə yarada və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair suallarına cavab ala bilərlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!