9 Aprel 2024 / 06:36

TÜRKİYƏDƏN İSRAİLƏ 54 ADDA SƏNAYE MALININ İXRACI MƏHDUDLAŞDIRILDI

Türkiyənin Ticarət Nazirliyi aprelin 9-dan “Qəzzada hərbi əməliyyatlar bitənə və humanitar yardımın maneəsiz çatdırılması üçün şərait yaradılana qədər” İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Tezadlar.az-ın məlumatına görə, nazirliyin dərc olunan qərarında xüsusilə qeyd olunur ki, polad, alüminium, boya, elektrik kabelləri, aviasiya yanacağı, yağlar, gübrələr, bəzi növ sənaye avadanlıqlarından hazırlanan müxtəlif növ məhsullara məhdudiyyətlər tətbiq edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!