13 May 2024 / 08:48

TÜRKİYƏDƏ İŞSİZLƏRİN SAYI AZALIB – 8,6% TƏŞKİL EDİB

Türkiyədə işsizlik nisbəti 2024-cü ilin mart ayında fevralla müqayisədə 0,1 bal azalaraq 8,6 faizə çatıb.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə  Türkiyə Statistika Təşkilatı (TÜİK) 2024-cü ilin mart ayı üçün işçi qüvvəsi statistikasını açıqlayıb. Buna əsasən, işsizlərin sayı mart ayında bir əvvəlki aya görə 19 min nəfər azalaraq 3 milyon 57 min nəfərə olub. Beləliklə, işsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,6 faiz təşkil edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!