3 Noyabr 2021 / 06:17

HƏFTƏ ƏRZİNDƏ COVID-19-DAN ÖLƏNLƏRİN SAYI 8% ARTIB

Ötən həftə ərzində koronavirus infeksiyasına 3 milyondan çox insan yoluxub, 50 mindən çox şəxs ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat vayıb.

Bildirilib ki, son həftə ərzində yeni yoluxma hallarının sayında 3%, ölüm hallarının sayında isə 8% artım qeydə alınıb.

Yoluxma hallarının demək olar, 60%-i Avropanın payına düşür. Son həftə ərzində Avropada yoluxanların sayında 6%, Amerikada 3%, Qərbi Sakit okean regionunda 2% artım qeydə alınıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!