Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2024 / 12:15

BANM-DƏ V BEYNƏLXALQ ELMİ KONFRASLARIN BAĞLANIŞI VƏ QALİBLƏRİN MÜKAFATLANDIRILMASI KEÇİRİLİB

Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimini keçirdik.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar qasımov sosial media hesabında məlumat verib.
O. diqqətə çatdırıb ki, builki konfranslara ümumilikdə 517 tezis göndərilib, onlardan 384-ü qəbul edilib.
“Habelə 55 müəssisədən tezis daxil olub ki, bu da konfransın yüksək səviyyədə keçdiyini göstərir.
Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, SOCAR-ın İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəis müavini Tural Məmmədov, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış ediblər.
Daha sonra “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzuları üzrə qaliblər müəyyənləşib.
Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Midstream”, “SOCAR Upstream”, “SOCAR Downstream”, “SOCAR Polymer”, “SOCAR AQŞ”, “Emerson”, “ABB”, “Maire Tecnimont Group”, “Caspian Innovation Center” və “Azərbaycan Beynəlxalq Bankı” şirkətləri olub”, – deyə rektor Elmar qasımov qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!