Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2024 / 14:51

PREZİDENT SAĞLAMLIQ İMKANI MƏHDUD ŞƏXSLƏRİN TƏHSİLİ HAQQINDA FƏRMANA DƏYİŞİKLİK EDİB

Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”

Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

TEZADLAR.AZ xəbər verir ki, Fərmana əsasən, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bənddən “13.4-cü,” sözləri çıxarılsın və həmin bəndə “19.2-ci,” sözlərindən sonra “20.1-ci,” sözləri əlavə edilsin;

1.2. 2.3-cü bənddən “20.1-ci,” sözləri çıxarılsın.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Bundan başqa, dövlət başçısı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna da dəyişiklik edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!